Püskürtmə dəsti bizə məxsus olan xüsusi formula ilə çim toxumu, maye gübrə və təbii piqment maddələrin qarışdırılmasından ibarətdir. Hazırlanmış qarışıq hazır torpağa püskürdülür. Toxumun cücərməsi və inkişafı üçün lazımi mühit təmin olunduğundan cücərmə tez və keyfiyyətli olur. Ot kökləri güclü olduğundan onun torpaqla təması daha sıx olur.
İstifadə qaydası: İlk öncə paketdəki toxumlar püskürtmə qabına əlavə olunur. Yuxarıdakı xəttə qədər su əlavə etdikdən sonra dəstin qapağını bağlayın və 30 saniyə çalxalayın. Çalxaladıqdan sonra dəstin arxasından qıfı çıxarıb dəstin ağzına bağlayırsınıq və qarışıq istifadəyə hazır olur. Tətbiq olunduqdan sonra həmin ərazini tapdalamayın və toxumların cücərməsini gözləyin.



