Məlumdur ki, pişiklər özlərini yalayaraq təmizləyirlər. Bunun nəticəsində tüklərini udurlar və udulmuş tüklər həzm olunmadığı üçün bağırsaqda toplanır. Pişik otu bağırsaqlarda tük topalarının əmələ gəlməsinin qarşısını alan və həzmi tənzimləyən təbii vasitədir. Əksər pişiklər ot yeməkdən zövq alırlar. Ot yeyən pişiklər bir müddət sonra mədələrində yığılan tük topalarını qusaraq xaric edir və beləliklə həzm sistemini təmizləyirlər.
MƏHSULDAN NECƏ İSTİFADƏ EDİLMƏLİ;
1 - Paketdəki torpaqdan təxminən 1 stəkan ölçüdə ayırın, qalan torpağı konteynerə tökün və üzərinə toxumları və ayrılmış torpağı yayın.
2 - Günəşli bir yerə qoyun.
3 - 1,5 çay stəkan su tökün və iki gündən bir suvarmağa davam edin.
4 - Otu uzunluğu 6 - 7 sm-ə çatdıqda pişiyinizə verə bilərsiniz. İlk cücərən zaman ot sərt olur. Ot uzandıqca yumşalacaq.


